Məxfilik Siyasəti
Son yenilənmə: 2026
1. Hansı məlumatları toplayırıq
Ad, telefon nömrəsi (SMS kodu ilə təsdiqlənir) və daxili hesab ID-si, avtoservis hesabları üçün əlavə olaraq e-poçt ünvanı və biznes ünvanı, GPS məkanınız (yaxın xidmətləri göstərmək və təmir tələbi yaratmaq üçün, yalnız icazə verdiyiniz halda), təmir tələblərinizə əlavə etdiyiniz şəkil/video, bildiriş göndərmək üçün push token, əlavə etsəniz profil şəkliniz.
2. Məlumatlardan necə istifadə edirik
Sizi uyğun usta və servislərlə əlaqələndirmək, təmir tələbi və təkliflər barədə bildiriş göndərmək, hesabınızın təhlükəsizliyini qorumaq (yanlış giriş cəhdlərinin izlənməsi) və xidməti yaxşılaşdırmaq üçün istifadə olunur.
3. Kimlərlə paylaşırıq
Telefon doğrulaması üçün Firebase (Google), məkan xidmətləri üçün Google Maps, tətbiqin xəta/çökmə hesabatları üçün Sentry istifadə olunur — bunların hamısı bizim adımızdan, yalnız xidməti göstərmək məqsədilə data işləyir. Təmir tələbinizə cavab verən usta/servis yalnız sizin göndərdiyiniz məlumatları görür. Məlumatlarınız satılmır və reklam məqsədilə üçüncü tərəflərə verilmir.
4. Məlumatların saxlanması
Parolunuz heç vaxt açıq mətn şəklində saxlanmır — yalnız bir-istiqamətli şifrələnmiş (bcrypt) formada. Bütün API sorğuları token əsaslı doğrulama tələb edir.
5. Sizin hüquqlarınız
İstənilən vaxt Profil → Hesabı sil bölməsindən hesabınızı və ona bağlı məlumatları silə bilərsiniz (təfərrüat: hesabın silinməsi). Bildiriş və məkan icazələrini cihazınızın sistem ayarlarından (əməliyyat sisteminin app icazələri bölməsi) idarə edə bilərsiniz.
6. Yaş həddi
Bu tətbiq 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb.
7. Əlaqə
Suallarınız üçün: support@carmaster.az | Sayt: www.carmaster.az | Instagram: @carmaster.az